FABRICA — İtaliya brendlərini bir araya gətirən showroom-dur.

FABRICA — İtaliya brendlərini, eksklüziv kolleksiyalarımızı və interyerə xarakter qazandıran həlləri bir araya gətirən showroom-dur.

DESIGN TOUR çəkilişi çərçivəsində showroom-umuzda 100-dən çox dizayneri, memarı, tərəfdaşlarımızı və qonaqlarımızı qarşılamaqdan böyük məmnunluq duyduq.

Bu axşam bizim üçün sadəcə bir tədbir deyil, fikir mübadiləsi, yeni tanışlıqlar və peşəkar əlaqələrin qurulduğu xüsusi bir görüş oldu. Miqyasına baxmayaraq, tədbir səmimi atmosferdə keçdi və bir daha göstərdi ki, dizayn insanları bir araya gətirən ortaq dildir.

Təşrif buyuran hər kəsə təşəkkür edirik. Yeni görüşlərdə yenidən bir araya gəlmək ümidi ilə!